Yenə də qələmim yazırdı sənə...

Müəllif: Narın Yağış
Şərhlər: 6
Baxılıb: 4 820
Səs ver:
(səs: 2)
Nə qədər çalışdım, olmadı inan,
Heç cürə unuda bilmədim səni...
Cəsarət etmədim, qopardı zaman
Apardı uzağa gözümdən səni...
...
Gözümdən uzaqda olsan da bu gün,
Qəlbimdən heç zaman çıxmadın ki sən...
"Qısqandım" söyləyə bilmədim o gün,
O gündən tək kəlmə danışmadın sən..
...
3 ildir susuruq, salamımız yox,
Gözünün içinə baxa bilmirəm.
Hələ də dözürəm, ümidlərim çox
Yalandan nə deyim dözə bilmirəm?!...
...
Bəlkə də ümidlər yalandı, boşdu,
Heç zaman olmasan bəlkə də mənim
Bəlkə də qismətim, talehim budu
Hey sənsiz keçəcək mənim günlərim...
...
. Illər də tələssə, harasa qaçsa
Ürək də yorulub yolda dayansa
Lap bir gün gözlərim özgəyə baxsa
Düşünmə mən səni unutdum getdi..
. ...
Baxdığım hər üzdə səni görürəm,
Qısqanclıq içimi yeyir, ölürəm
Desəm də unutdum səni, inanma
Hələ də inan ki, səni sevirəm...
...
Zamanla yanımda başqası olsa
Əllərim özgənin saçın darasa
Gözlərim özgənin gözünə baxsa
Yenə də özgədə səni görəcəm...
...
Bəlkə də mənimki qara sevdadır
Bu yüzdən unuda bilmirəm səni,
Hər dəfə beynimdə şimşəklər çaxır
Görəndə özgəylə güləndə səni...
...
Gəl gör ki, qarışa bilmirəm sənə,
Uzaqdan baxıram sadəcə sənə
Unutdum, neçənci şeirimdi bu
Yenə də ürəyim söylədi mənə
Yenə də qələmim yazırdı sənə...
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 4 820
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri