Bəlkə də..

Müəllif: aLoNe AnGeL
Şərhlər: 3
Baxılıb: 3 674
Səs ver:
(səs: 1)
Dilim istəmədən sevmirəm dedi,
Dərdlilər içində başda biz varıq.
Bəlkə də o görüş sonuncu idi,
Bəlkə də nə vaxtsa qarşılaşarıq..

İnanma belə tez sevərəm yenə,
Ömürlük bağlanıb eşqin kitabı.
Bəlkə də nə bilim, gülürsən mənə,
Bəlkə də çəkirsən vicdan əzabı...

Bəlkə düşünürsən bitsin ayrılıq.?
Deməyim artıqdı, günahımdan keç.
Bəlkə də yoldasan, gəlirsən artıq,
Bəlkə də gəlməyi düşünmürsən heç..

Hər şeyin çarəsi əgər zamansa,
Zamanım azaldı, kədərim boldu...
Bəlkə də düzələr hər şey haçansa,
Bəlkə də bundan da beşbetər oldu...

Ən gözəl şeyləri mən diləmirdim.?
Amma ki görmədim səndən yaxşısın.
Bəlkə də mən sənə bəs eləmirdim,
Bəlkə də tapmısan məndən yaxşısın...

Bəlkə günahını anlayıb susdun,
Bəlkə də səhvini dedi bəlkələr...
Bəlkə bəlkələrdir sənin də dostun,
Bəlkə də bilmirsən nədi bəlkələr..

Əksimi görərsən qəlbimə baxsan,
Amma "gəl" deməyə hünərim yoxdu.
Bəlkə unutmusan, bununçün yoxsan.
Bəlkə də ölmüsən, xəbərim yoxdu...

Demə ki çox şeyi bilmir söyləyir,
Çox gözəl bilirəm söylədiyimi...
Bəlkə düşünürsən, indi neynəyir.?
Bəlkə də bilirsən neynədiyimi...

Yaşadıq ən acı həqiqəti biz,
Yaşada bilmədi həqiqət bizi...
Bəlkə də bitirdik məhəbbəti biz,
Bəlkə də bitirdi məhəbbət bizi...

Qəfil ayrılanlar biz ikimizik,
Amma tək dərd çəkən qəmli var, Mənəm...
Bəlkə də günahkar biz ikimizik,
Bəlkə də ən böyük günahkar mənəm...

İstəsən ömründən məni silərsən...
Düşünüb hər şeylə ayaqlaşarsan.
Bu şeiri eşidib bəlkə gələrsən,
Bəlkə də biraz da uzaqlaşarsan...

Çəkdiyim kədəri mən deyim, tanı,
Alaraq qoynuna gəzdirir məni.
Bir yandan "kaşki"lər yorur insanı,
Bir yandan "bəlkə"lər bezdirir məni...

Müəllif: Xanlar Corat
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 674
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri