Ata həsrəti

Şərhlər: 5
Baxılıb: 72 199
Səs ver:
(səs: 3)
Qanadı qırılmış bir qartal kimi
Çırpınıb göylərdə uça bilmirəm
Atamla əl-ələ keçdiyim yolu
Mən indi atasız qaça bilmirəm

Bu ata həsrəti öldürür məni
Əcəlim bəlkədə belə öldürməz
Yuxuma gələndə güldürür məni
Dünyalar gəlsədə belə güldürməz

Atadır həmişə övlada dayaq
Hardadır bəs mənim arxam,dayağım?
Atasız bacarmır büdrəyir ayaq
Necə ki büdrəyir mənim ayağım

Bu qarlı boranlı soyuq dünyada
Günəşli baharım yayımdı ata
Həyatda hər paydan alsamda bir pay
Mənim tək əl çatmaz payımdı ata

Atasız dünyamın çırağı sönüb
Qorxudur bu zülmət qaranlıq məni
Atasız bu dünya aslana dönüb
Hərdən şikar sanır biranlıq məni

Əlimdə gül ilə ata məzarı
Bu həsrət bu möhnət niyə bilmirəm
Öpüb yanağından qoxlayıb səni
Atacan mən gəldim deyə bilmirəm

Müəllif: Rəvan Nişançı Məmmədli
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 72 199
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri