Mənim üçün üzülmə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 129
Səs ver:
(səs: 3)

Arxama baxmadan gedirəm daha,

Unut məni,mənim ücün üzülmə.

Nə vaxtsa cənazəm gələrsə belə,

Aglama sən,mənim ücün üzülmə.

Gözlədim həmişə gələrsən deyə,

Ümüdlər,arzular oldu nafilə.

Səbirlə gözlədim hər kecən günə,

Daha sagol,mənim ücün üzülmə.

Qiymətim bilinər,burdan gedərsəm,

Göz yaşı tökmərsən,bir gün ölərsəm.

Bir daha buraya geri dönməsəm,

Darıxma sən,mənim ücün üzülmə.

Rahil Elvin

(səs: 3)
Şərhlər: 3
Baxılıb: 3 129
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri