Xəyanət

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 299
Səs ver:
(səs: 1)
 Salam məni sevən xeyanət edən,
Heç məni sormursan yada salmırsan.
Mənə ürəyini əmanət edən,
Məni bir an belə yada salmırsan.

Sənə başlanğıcda belədir sözüm,
Mən nələr etmişdim sevgimiz üçün.
Sən isə özgəyə uydun əzizim,
Var-dövlət nədir ki,çatmadı gücün.

Yalandan bağladın ehti-peymanı,
Açıldı yalanın üstü nəhayət.
Yalan mehv eləyər yıxar insanı,
O bilmez nədir bu sevgi-məhəbbet.

Bəlkə də bilmədən tərk etdin məni,
Sənin getməyinə söz demirəm men.
Sağol ki,təkliyə öyrətdin məni,
Artıq yolunu da gözləmirəm mən.

Gülərüz,şadyana hər vaxt olasan,
Sənə bəsləyəcəm sevgi-məhəbbət.
Özgədə olsan da xoşbaxt olasan,
Sonsuzadək qaldım mən sənə həsrət.

Müəllif: Şəhriyar Həsrət
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 299
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri