Dedilər mənə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 142
Səs ver:
(səs: 2)
Zaman unutdurur dedilər mənə
Sakit pıçıldadım unutmaq nədir?
Baxıb göz yaşıma güldülər mənə
Söylədim zamandan bir hədiyyədir

Nəfəsim tükənən günü sayıram
Daha çarəsizəm zaman önündə
Uşaqtək dizimi qucaqlayıram
Kaşkilər önündə, güman önündə

Artıq vərəq qəmim,qələm sirdaşım
Mürəkkəb içində boğulacağam
Bir gün itəcəksə mənim yaddaşım
Səni vərəqlərdə axtaracağam

Bilirem nə zaman,nə vaxt gərəkdir
Gözümdə gözlərin canlanır durur
Mən yenə hazıram nə vaxt gərəkdir
Saplanan oxları çıxar birdə vur

Bəhruz Quliyev
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 2 142
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri