Cəmiyyətin dərdi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 1 763
Səs ver:
(səs: 2)
Yaşayırıq uzun həyat
Olub fani dünya qərqi
Gəl ömürdən gedir saat
Rahat,narahat nə fərqi

Biri dərd qəm içrə batir
Birisi keyfi damaqda
Biri taxta üstə yatır
Digəri ipək yataqda

Birinin var dövləti var
Bircə zənci qulu yoxdur
Biri mərddir izzəti var
Gəlki amma pulu yoxdur

Birinin acı sözləri
danışanda od çiləyir
Birinin nəmli gözləri
Biraz mərhəmət diləyir

Qışın şaxta boranında
Qanım kimi donur fikrim
Qəmin dərdin ünvanında
Budaqlara qonur fikrim

Aşiq baglanıb Xudaya
Hər dəm ismin zikr eliyir
qərq olsada min bəlaya
Tək Rəbbinə şükr eliyir
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 1 763
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri