Bu sevgidi, mənim balam

Müəllif: Fialka
Şərhlər: 4
Baxılıb: 2 522
Səs ver:
(səs: 2)
Bu sevgidi, mənim balam,
ömürlərdən uzun sevgi.
Bir əliylə
beşikləri yırğalayan,
Bir əliylə
qəbirləri qazan sevgi.

Bu sevgidi, mənim balam,
bir dəlisov kəhər kimi
dalımızca çapan sevgi.
Harda olsaq, əcəl kimi
gəlib bizi tapan sevgi.

Bu sevgidi, mənim balam,
min ildi ki- həmən sevgi.
Gözündən yaş damcılayan,
əlindən qan daman sevgi...
 
 
Ramiz Rövşən ( süd dişinin ağrısı  poemasından bir parça)
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 2 522
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri