Uşaqlıq həvəsi

Müəllif: Catwoman666
Şərhlər: 3
Baxılıb: 2 003
Səs ver:
(səs: 3)
Hərdən unuduram böyüdüyümü,
Sanki bapbalaca uşaq oluram.
Qoşulub körpəcə evladlarıma,
Elə mən onlarla yaşıd oluram.
 
Ötübdür ömrümün bəlkə yarısı,
Bəlkə yarı yaşım tamamlamışam.
Görəsən niyə mən ruhumda hələ
Elə uşaq kimi kövrək qalmışam?

Baxıram keçmişə ruhum sızlayır,
Baxanda sabaha gözüm böyüyür.
Ilişib qalmışam bu günümdə mən
Ruhum kölgəmi də yıxıb sürüyür.

Əlimdə böyüyür körpəmin əli,
Öz əlim gözümə balaca dəyir.
Bir zaman anamın əlində əlim
Indi bala əli əlimə dəyir.

Bağrıma basıram qayğılarını,
Gecələr oyanıb siğal çəkirəm.
Hərdən unuduram analığımı,
Özümdə anamdan sığal gəzirəm.

Nə zaman böyüdüm,necə böyüdüm,
Inanki ağlıma gəlməyir mənim.
Bir vaxt gəliniciyə corab hördüyüm,
Uşaqlıq ruhumdan bitməyir mənim.

Gülnarə Sadiq
(səs: 3)
Şərhlər: 3
Baxılıb: 2 003
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri