Ayrılıq

Müəllif: NoName
Şərhlər: 6
Baxılıb: 449
Paylaş:
Səs ver:
(səs: 1)
Xəzan gəldi, köçüb getdi ilk bahar,
Bilməm hara uçub getdi durnalar.
Mən bilməzdim bu dünyada həsrət var,
Səndən qalan xatirədir ayrılıq...
 
Səni sevdim, düşdüm neçə dərdə mən,
Mən bilmirəm dözüm necə dərdə mən.
Tək qalmışıq - bir ayrılıq, bir də mən,
Səndən qalan xatirədir ayrılıq...
 
Yollarına baxa-baxa gözlədim,
Bu dünyada yalnız səni səslədim.
Ömrüm boyu gözüm üstə bəslədim,
Səndən qalan xatirədir ayrılıq...
 
Hardan gəlib, hara gedir ayrılıq,
Ürəkləri viran edir ayrılıq.
Mən bilməzdim - axı nədir ayrılıq,
Səndən qalan xatirədir ayrılıq...

Bəlkə bir də yaz olacaq - bilmirəm,
Bir ayrılıq az olacaq - bilmirəm.
Məndən sənə nə qalacaq - bilmirəm,
Səndən qalan xatirədir ayrılıq...
 
Baba Vəziroğlu

loading...
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 449
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
yaxsi seirdir
14 aprel 2016 00:09
6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
_TəHLuKə_
Səliqəli,gözəl şeirdir.
13 aprel 2016 15:27
5
Özün ol!Qəti özənmə özgələrinə!
Offline
Fialka
Bəlkə bir də yaz olacaq - bilmirəm,
Bir ayrılıq az olacaq - bilmirəm.
Məndən sənə nə qalacaq - bilmirəm,

Mənalı şeirdir B. Vəziroğlunun yaradıcılığını bəyənirəm.
13 aprel 2016 15:08
4
Offline
heyatim_menim
Bəlkə bir də yaz olacaq - bilmirəm,
Bir ayrılıq az olacaq - bilmirəm.
Məndən sənə nə qalacaq - bilmirəm,
Səndən qalan xatirədir ayrılıq
13 aprel 2016 11:19
3
Başa düşdüm ki,
Həyatda Nəfəs almam üçün 5 səbəbim Var
ALLAHıma Şükür ki, onlar mənim Həyatımdadı.
Offline
_damla_
Çox beyendim teşekkürler!
13 aprel 2016 09:58
2
Online
BARBI
Cox tesirli seirdir. Ayriliq senin mene qalan tek xatirendir
13 aprel 2016 08:23
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv