Qocaltma Anamı dünya!

Müəllif: savior angel
Şərhlər: 7
Baxılıb: 3 872
Səs ver:
(səs: 2)
Saçlarına ağ dənlər düşüb
Gözlərinə biraz kölgə düşüb,
Deyəsən üzünə yamanca qırış düşüb
Qocaltma Anamı dünya!Qocaltma..!
 
Neynirəm o varı dövləti,
Neynirəm dünyanın min- bir nemətin,
Neynirəm anamsız mən xoşbəxtliyi...
Qocaltma Anamı dünya!Qocaltma..!
 
Kövrəy ürəyini,dolan gözlərini görüb,
Saçına düşən o ilk bəyazları görüb,
Gözlərim bu dünyada sanki cəhənnəmi görüb.
Qocaltma Anamı dünya!Qocaltma..!
 
İsdəmirəm mən gözəlliyimi,gəncliyimi
Anamın saçlarına ağ dənlər düşənnən sora.
İsdəmirəm xoşbəxtliyimi anam dünyada olmuyannan sora.
Qocaltma Anamı dünya!Qocaltma..!
 
Yalvarıram al canımı tez bir zamanda
Görməsin gözlərim onun ahıl yaşlarını
Axı mən sənnən doymadım Ana, gözü dolunca..
Qocaltma Anamı dünya!Qocaltma..!
 
Doymadım laylalarından,nəğmələrindən,
Doymadım o isti qucağından,nəfəsindən
Mən doymadım ana o gözəl nəsihətlərindən.
Qocaltma Anamı dünya!Qocaltma..!!
 
Müəllif-ULYA(savior angel)
 
Mən şair deyiləm sadəcə olaraq ürəyimnən keçən hisslərimi şeir şəklində yazmaq isdədim.Nə dərəcədə yaxşı alınıb deyə bilmərəm inşallah xoşunuza gələr.Allah bütün analara can sağlığı uzun ömür versin inşallah bizi olarla sınaga çəkməsin Amin!
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 3 872
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri