Səni Allah yazsın mənim ömrümə

Şərhlər: 5
Baxılıb: 5 284
Səs ver:
(səs: 3)
Sən oldun üzümdə gülüş yaradan,
Daha bu həsrəti götür aradan,
Düşmənə getsin qoy kədərin, qadan,
Gözümün işığı, qəlbimin nuru.

Qəlbimi bir həsrət dəlib-deşirdi,
Sən mənə rast gəldin bu cür zamanda
Vallahi, sanıram dünya mənimdir,
Üzündə təbəssüm gördüyüm anda.

Qoy Allah qorusun bəladan səni,
Şadlıq, sevinc olsun ömür həmdəmin.
Qəlbim səni seçdi özünün təni,
Arzumdur olmasin kədərin, qəmin.

Səni bu dünyada kim ki istəmir,
Payız yarpağı tək saralsın, solsun.
İstərəm gözünü yaşlı görməyim,
Eybi yox, dolsa da sevinclə dolsun.

Ürəyim səninlə döyünər hər an,
Çevrildin dildə ən şirin sözümə.
Özgəyə baxmağı, nəzər etməyi, 
Qadağan eylədim iki gözümə..

Ömründə ayrılıq, həsrət olmasın,
Qoy keçsin həyatın sudan da duru
Səni Allah yazsın mənim ömrümə,
Gözümün işığı, qəlbimin nuru
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 5 284
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri