Qəhrəman aslanlarımız

Müəllif: Fi-Ra
Şərhlər: 5
Baxılıb: 1 756
Səs ver:
(səs: 2)
Dəyişib dövrü-zaman hamı gömannan danışır,
Molla rüşvətxanadan, kafir imannan danışır.
Bir zaman eşşəyimiz arpa bəyənməzdi bizim,
İndi eşşəyimiz ölüb at da samannan danışır.
Qalmayıb sevgi, məhəbbət işığından bir ümüd,
Məcnun artistlik edir, Leyli yalandan danışır.
Keçmişdə məşhur olan "qəhrəman aslanlarımız", 
Meşəyə girmək üçün indi siçandan danışır.
İstədim dillənib öz haqqımı isbat eləyim,
Dedilər pulsuz olan insan haçannan danışır?!
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 1 756
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri