Dərin iz

Şərhlər: 5
Baxılıb: 1 621
Səs ver:
(səs: 0)
Nə sən mən kimisən, nə mən sən kimi,
Nə sən tək doğrusuz, nə sən tək süni.
Nə mən tək axmaqsan, nə də səmimi,
Nə də heç bilmirəm sən tək dərini.

Mən bir cüt gözlərin sərsəm dəlisi,
Kədər cizgiləri, dərd qırışları.
Mən qırıq arzunun ağır çəkisi,
Gecə qonağının yaş damlaları.

Sən hər gün, hər gecə xəyanət edən,
O evdən bu evə gəzişən insan.
Mən isə səhərə ümid bəsləyən,
Xəyallar adamı, tez qandırılan.

Mən səndən özgəyə daim kor olan,
Sən mənə kor olan, hər kəsi seçən.
Mən rəğmən hər şeirə adını qoyan,
Sənsə dəfəsində ad dəyişdirən.

Adamı yandırır bir can yananda,
Nə qədər canından olmasa belə.
Mən səni hər dəfə qucaqlayanda,
Canımı yaxıram, yanmasam belə.

Müəllif: Nicat Babaşov
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 621
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri