Söz açıq olanda

Şərhlər: 5
Baxılıb: 1 663
Səs ver:
(səs: 1)
Dur aç pəncərəni açıq havaya,
Qorxma görünməyə,
Görməyə qorxma.
Dur, ey yoldaş insan, dur çıx havaya;
Dur, təzə gözlə bax köhnəyə qorxma!

Nə qədər söz udaq, dil sancaqlayaq,
Göyərdi pıçıltı qapı dalında.
Bizi anlayanı biz də anlayaq,
Səsimiz qovruldu qapı dalında.

Burda iddiamız başdan yuxarı,
Qapılar dalında pələngik, şirik,
Burda başımızı yaddan çıxarıb,
Özgənin başıyla fikirləşirik.

Söz açıq olanda - göz açıq olur,
Göz açıq olanda "beş", "əlli" deyil.
Söz açıq olanda düz-düzə quldu,
Şapalaq zərbəsi,
Təsəlli deyil.

Dartmalar, didmələr, fəndlər, bölgülər
Oxunu gizlədən yay ola bilmir.
Biclik tələsindən qaçan tülkülər,
Düzlük tələsindən yayına bilmir.

Qoşa buynuzunu gizlətmə başda,
Qarnını deşəcək - içinə çəksən.
Özünə görünsən sən açıq aşkar
Elə özgəyə də görünəcəksən.

Sirr açar, dürr açar açarımız da,
Od donsa, buz yansa - inam ələnməz;
Söz açıq olanda içərimizdə
"Yalanlar, filanlar" qafiyələnməz.

Boş vədə fil olsa - dizi qatlanar,
Tarixin "düzü-düz", varağı ağdır;
Açmağa düyünlü həqiqətləri
Duyumlu barmaqlar tapılacaqdır.

Ədalət qamçısı qəzəb soyudur,
Qırımlar, qurumlar itirməz onu.
"Açıq söz" dediyin qızıl suyudur,
Pas atan ağıllar götürməz onu.

Ötəri hay-küydən qulağım batar,
Yalançı köçəri,
Yalan köçəri.
Açdım ürəyimi, açdım taybatay,
Xoş gördük doğru söz,
Buyur içərii...
 
Məmməd Araz
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 1 663
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri