Məyus bir qəlbin fəryadı

Şərhlər: 8
Baxılıb: 631
Paylaş:
Səs ver:
(səs: 1)
Ey nəşvəli, ey işvəli ümmid!
Lənət sana, ey afəti-cavid!
Artıq yetər, əl çək, bən usandım;
Əvvəl səni bir bakirə sandım,
Arqan sıra gəzdim yapa-yalnız,
Həp məkrinə uydum sənin, ey qız!
Get! Anladım artıq nə imişsin.
Duydum ki, nasıl fitnə imişsin.
Bir başqa dil-aşüfteyi get, bul!
Keç, get! Sırıtıb durma, kənar ol!
Dəf ol ki, gözüm görməsin əsla,
Yaqdın bəni, ey sıtmalı xulya!
Qarşımda durub titrəmə, ey zill!
Bitdim, daha yoq bəndə təhəmmül.
İnsan nə qədər maili-qəflət!?
Səndən umuyor zevqi-səadət!
Var bir quru hikmət, o da yanlış...
Ümmid ilə guya yaşanırmış!
Bir söz ki: yalan, saçma, xurafat...
Aldanmam o əfsanəyə, heyhat!..

Ey yəs! Sən ey hüzni-sərazad!
Ağuşuma gəl, qıl bəni dilşad!
Ruhimlə bərabər yaşa yalnız,
Gəl qəlbimə gir, ey sarı yıldız.
Yalnız bana ol munisü həmdəm!
Yalnız olayım bən sana məhrəm,
Sevdim səni, ey sevgili dilbər!
Gəl, ağlayalım şimdi bərabər.

Çöhrən mütəvərrim kibi küskün...
Səndən çəkinir hər kəs onunçün.
Dalğın baqışından qaçar insan,
Bilməm nədən etmiş bəni heyran!?
Aləm səni zənn etsə də çirkin,
Lakin bana sor! - bəncə gözəlsin.
Hürr olmaq için xeyli yoruldum,
Eş kəndimə yalnız səni buldum.
Zira sana yar olmayan insan
Zənciri-əsarətdə verir can!
Ruhum irər ülviyyətə səndən,
Sənsiz əzilir, məhv olurum bən.
Qəlbimdə əgər varsa mətanət,
Səndən, yenə səndəndir o qüvvət.
Ümmid ilə insanə gələn hiss,
Ya kizbü riyadır, ya təbəsbüs.
Lakin sana məftun olan əhrar,
Laqeyd olur, ey yari-füsunkar!
Miskin yaşamaz, zülmə tapınmaz,
Rahət nə, səfalət nədir anmaz,
Sənsiz yaşasam, bağrım olur qan,
Qoş, gəl bana, ey rəhbəri-vicdan!
Uç, gəl bana, ey həmdəmi-hissim,
Bir dərbədərim, yoq bir ənisim.
Sənsiz yaşamaq bəncə tənəzzül,
Sənsiz gəbərirsəm o da bir züll...
Gəl, ruhumu güldür də çəkil, get!
Ya qəlbimi yar, parçala, məhv et!.. 
Hüseyn Cavid

loading...
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 631
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
MODABAZ
Yuz faız Huseyn Cavıddı onun "Iblıs""eserın oxuyandada hecne basa dusmurem
13 iyul 2016 11:30
8
Heyata daim gulmek lazimdii
Offline
Fialka
Sözsüz gözəl əsərdir əgər Hüseyn Cavid qələmidirsə..
10 iyul 2016 13:59
7
Offline
Barbaris
maraqli menali seirdir
10 iyul 2016 12:36
6
Xarakterimi ya da xasiyyətimi bəyənməyən insanları mecbur yanımda saxlamıram
Bir sözlə "Yol açıqdır"
Offline
YalniZ-ArZu
Gel ruhumu guldur de cekil get!
Ya qelbimi yar,parcala,mehv et!

Super,super,super!Birinci defeydi oxuyurdum,cox beyendim.
Tewekkurler,paylawdiginiz ucun.
10 iyul 2016 11:49
5
Adətən həyatda 3 sandığımız olar.1-cehiz sandığımız,2-adam sandığımız,3-söz veribdə tutar sandığımız.
Offline
vipbetul
qeseng maraqli seirdir
10 iyul 2016 10:40
4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Cindrella
Gozel ve maraqli idi
10 iyul 2016 09:50
3
Offline
Onun_Mələyi
axra kimi oxumadım.maraqaız şeirdi
10 iyul 2016 09:41
2
Qadınlar polislər kimidir;Əllərində bütün dəlillər vardır amma yenə də etiraf etmənizi istəyərlərutandim
Offline
GUNAY---
ereb sozleri coxdu hecne basa dusmedim yenede twk
10 iyul 2016 09:04
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv