Bir qədəh sənsizlik

Müəllif: _damla_
Şərhlər: 6
Baxılıb: 393
Paylaş:
Səs ver:
(səs: 2)
Bir qədəh sənsizlik doldur, sevgilim
Xoşbəxt olaq deyə əzab ver mənə!
Bir az sənsizliyi daddır, sevgilim,
Sənli acılardan qurtulum deyə!

Bir qədəh sənsizlik doldur, sevgilim
Səninlə nə zaman gülə bildik ki?
Sanma bu göz yaşı sondur, sevgilim,
Nə zaman biz ayrı dözə bildik ki?

Bir qədəh sənsizlik doldur, sevgilim
Cismini uzaq et göz bəbəyimdən.
Varlığın ki, mənə yaddır, sevgilim,
Mən səni yaratdım fikirlərimdən!

Bir qədəh sənsizlik doldur, sevgilim
Düşün ki, xoşbəxtəm xəyallarımla!
Tənhalıq elə bir yoldur, sevgilim,
Ürəyim dost oldu acılarımla.

Bir qədəh sənsizlik doldur, sevgilim,
Bəlkə də həsrətin tərk etməz məni!
Gedişin bir deyil, ondur sevgilim,
Bu son gedişin də incitməz məni...!
Bir qədəh sənsizlik doldur, sevgilim...

Müəllif: İslam Qədirl

loading...
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 393
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
___Jasmin___
Bir qədəh sənsizlik doldur, sevgilim...
6 iyun 2016 18:38
6


Basqalarini kagiza yazdim seni konlume....
Offline
vipbetul
maraqli seir deyil
6 iyun 2016 16:30
5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Totu
Tənhalıq elə bir yoldur, sevgilim,
Ürəyim dost oldu acılarımla.

Offfffffagla
6 iyun 2016 13:42
4
Online
Barbaris
Bu son gedişin də incitməz məni...!
6 iyun 2016 11:18
3
Heçkim Senden Artıq Deyil...!Nede Sen Heç Kim'den Artıq Deyilsen...!Yixildin, Dur...Vuruldun, Vur.. Heyat Acımasızdır, Sende Acıma...!
Online
Narın Yağış
Bir qədəh sənsizlik doldur, sevgilim
Səninlə nə zaman gülə bildik ki?
Sanma bu göz yaşı sondur, sevgilim,
Nə zaman biz ayrı dözə bildik ki?
- Bu dəfə ayrı onu bilmirəm ama mən dözəcəm çox öyrəşmişəm)

Bir qədəh sənsizlik doldur, sevgilim,
Bəlkə də həsrətin tərk etməz məni!
Gedişin bir deyil, ondur sevgilim,
Bu son gedişin də incitməz məni...!
Bir qədəh sənsizlik doldur, sevgilim...
- Bu 2 bəndi çox bəyəndim.Tşk.
6 iyun 2016 09:51
2
Mən istəyirəm bizə baxan insan desinlər ki:
- Ola bilməz bunlar hələ də, bir yerdədirlər?heart

Offline
BARBI
Bir qedeh sensizliyi ele senin serefine icirem. Hesretim bagrimi yandirir
6 iyun 2016 09:18
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook