Qarabağ

Müəllif: Aykam2001
Şərhlər: 3
Baxılıb: 1 525
Səs ver:
(səs: 0)
Cənnət məkanıydın, vurğunduq sənə,
Nankor övlad satdı səni düşmənə –
Güllü bağlarında güllərin soldu,
Adın tək bəxtin də qapqara oldu.

Günahsız əsir tək çəkirsən xiffət,
Elinə, obana qalmısan həsrət.
Ayrılıq dağını çəkib sinənə,
Naxələf övladlar düşmənmiş sənə.

Yaz gəlir, bağların açır gül-çiçək,
Fəqət, sən hələ də nisgillisən,tək.
Gözəl təbiətin göz yaşı tökür,
Səni sevənlərin qəlbini sökür.

Qara qanlar axır dustaq qəlbindən,
Yaslı adam kimi matəmlisən sən.
Odlu ahu-zarın göylərə qalxır,
Başında alovlu şimşəklər çaxır.

Zəhər qatılıbdır şirin suyuna,
Kədər yaraşmayır çinar boyuna.
Düşmən caynağına səni alıbdır,
Qəbirlər yiyəsiz, tənha qalıbdır.

Ağaclar başını dik tuta bilmir,
Dərənin-düzünün heç üzü gülmür.
Sanki əyilmişdir dağların qəddi,
Çaylar göz yaşıyla aşırlar bəndi.

Səni unutmayıb mərd oğulların,
Döyünən qəlbisən daim onların.
İntiqam günündə qalayıb ocaq,
Onlar düşmənlərə qan udduracaq!
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 525
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri