Qədrini bilmədim, itirdim səni

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 489
Səs ver:
(səs: 2)
Qedrini bilmedim, itirdim seni,
İndi anlayıram, çox yanılmışam.
Daha düşündürmür bu heyat meni,
Özüm öz içimde dustaq olmuşam.

Qaça bilmeyirem sensizliyımden,
Adın da düşmeyir bir an dilimden,
İndi cuşa gelib eşqim yeniden,
Deryatek coşmuşam, çalxalanmışam.

Gözümün önünde camalın senin,
Yadımdan çıxmayır xeyalın senin,
Yandırır qelbimi melalın senin,
Közümü üfledin?, bax, alışmışam.

İndi ne menası alışmağın da,
"Özge" heyatına qarışmağın da,
Heç yeri de yoxdur danışmağın da,
Danışa-danışa ucuzlaşmışam.

Daha bu sevgide yoxlama meni,
Sil eşq defterinden, saxlama meni,
Adımı da unut, axtarma meni,
Hesab et, külekle sovurulmuşam.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 2 489
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri