Sən gəlməz oldun

Müəllif: Nermin..
Şərhlər: 4
Baxılıb: 532
Paylaş:
Səs ver:
(səs: 2)
Cismin əziz, xəyalın özündən də əziz,
İllər ötdükcə unudulur o gözəl üzün təmiz.
Sevmədilər gözünü, dedilər, Bakıya bəsdi bir dəniz
Biraz kədər, biraz qəm və bitdi bizim hekayəmiz..

Sanki sənə yazılır bütün nəğmələr,
İllər keçər, aylar ötər.. geriyə qalan xatirəndə köhnələr
Gətirmədi nə payızlar, nə bahalar səni,
Gətirmədi nə gəmilər, nə qatarlar səni.

Mən hələ də gözlərəm o köhnə yerdə, köhnə yağışlarla,
Hər gələn gəmini yola salaram eyni baxışlarla
Bəlkə gəldin… Hələ də bəlkələrdi ümidim..
Sən gəlməz oldun.. neyləyim mən?

Uçuşur səmada xəyallar, bax,
Ayırır səni məndən uzaqlar
Axı sən demişdin ki, dəyişmərəm məsafələr artdıqca
Dəyişən nədi məndən uzaqda? (xatirələri qucaqla)

Göy gözü göydən də gözəl qadın,
Bu yerlərdə yoxluğun bir gün belə azalmadı.
Nə yandırdı vərəqini? Nə sındırdı qələmini?
Nə mane oldu ki, bir məktub belə yazammadın?

Baharlar da gəlmədi, sən gedəli yaz olmadı,
Yalan yox, səndən ötrü darıxdığım az olmadı
Həzin rekviem, buludlar və qırmızı çətrin
Sol yanımda qızılgüllər əkərdim ki, getməsin ətrin.

Siyah bəxti gözümdən də siyah qadın,
Canı sənə qurban demişəm, qiblən hayandadı?
Mən heç vaxt bir anamın laylasına,
Bir də sənin güllər açan gülüşlərinə doyammadım.

Nə gözəl qocalmışıq biz,
Səadəti də bədənimiz kimi borc almışıq biz..
Kaş ki, yenə də evdə yalan deyib gələydin,
Məktəb illərindəkitək saçını yığıb bəyaz geyib gələydin..

Kəsmə qızıl hörüklərini, olara toxunma, n’olar..
Yaralı ruhum o yollarda yorulmuşdu.
Mənə tanışdı o yollar;
O yollarda bir səhər Palçıq Adam Yağış Qadın’a vurulmuşdu.

Mən yanaram fərağında şamü səhər səndən iraq,
Xoş günlər onsuz da keçir, ağrıları da zamana burax.
Deyirlər ki, qadınlar saçların kəsərək intihar edir,
Şairlərsə şeirlərini yandıraraq.

Özümlə qaldım, zülfün ətri dizimdə qaldı,
Gedəndə bütün o yaşanmışları özümdən aldım.
Sən bir parça şeirlərdə, biraz gözümdə qaldın
Səni mənə verən Allah məni özümdən aldı.

Saçları şeir qadın, qəmz-ü zənəxdanına qurban,
Daha bu köhnə ev də qoxunla dolmur,
Gör nə gündəyəm ki, toxuna da bilmirəm sənə,
Axı xəyallara toxunmaq olmur.

loading...
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 532
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
___Jasmin___
pranganin deyil bu?
6 sentyabr 2016 14:54
4


Aşk elbisesi en güzel sende duruyor ama ne acı terzin ben değilim
Online
Barbaris
beyenmedimm weirii
25 iyun 2016 16:15
3
Xarakterimi ya da xasiyyətimi bəyənməyən insanları mecbur yanımda saxlamıram
Bir sözlə "Yol açıqdır"
Offline
vipbetul
maraqsiz seirdir
24 iyun 2016 23:26
2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
BARBI
Tesirli seirdir.gelmeyecek insani hec vaxt gozlemerem
24 iyun 2016 07:10
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv