Eşq oldu adı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 1 936
Səs ver:
(səs: 2)
Bu gün qəlbimizdə bir həsrət vardı,
Necə də şirindir ayrılıq dadı.
Qovuşsaq sadə bir sevgi olardı,
Qovuşa bilmədik “eşq”oldu adı.

Sevgi aləmində belədir qanun :
Sevənlər çəkməli dərdi,kədəri.
Əgər qovuşsaydı Leyliyə Məcnun,
Bir dastan olmazdı məhəbbətləri.

Ayrılıq odunda yanma demirəm,
Qovuşmaq niyətsə hicran əməldir.
Yenidən sevməyi heç istəmirəm,
Ayrılıq sevgidən daha gözəldir.

Sən də ürəyini eşq ilə yandır,
Əgər aşiqsənsə yanmaq gərəkdir.
Birlikdə olarkən sevmək asandır,
Hünər ayrı ikən sevə bilməkdir.

Biləsən belədir arzu-istəyim,
Yolunda göz yaşı tökmək istərəm.
İnan ki, nə qədər yetsə ürəyim,
O qədər həsrəti çəkmək istərəm.

Bu gün qəlbimizdə bir həsrət vardı,
Necə də şirindir ayrılıq dadı.
Qovuşsaq sadə bir sevgi olardı,
Qovuşa bilmədik “eşq”oldu adı.
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 1 936
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri