Gozlərin

Müəllif: qaranliq1
Şərhlər: 7
Baxılıb: 440
Paylaş:
Səs ver:
(səs: 0)
Alıbdır ağlımı heyran gözlərin,
Qurbanı olduğum ceyran gözlərin,
Ayrılıq odunda yanan işıqdır,
Bir acı nisgildir, hicran gözlərin.

Gözlərdə məna var o qədər dərin,
Qəlbindən su içir o sərin-sərin,
Ürək aynasıdır düşüncələrin,
Edir taleyinə üsyan gözlərin.

Gözlərin dünyadır, cahandır mənə,
Məni qəlb sirdaşı sayan gözlərin,
O gözlər qəsdimə durubdur yenə,
Mənim saf eşqimi duyan gözlərin.

Qəlbimin niyyəti, həm pak arzusu,
Ürəkdə bəslənən sevgi duyğusu,
Bilməzdim bu qədər sevəm doğrusu,
Mənim bu eşqimə həyan gözlərin.

Yoxdur mənim kimi onlara baxan,
Odlu baxışından yandırıb-yaxan,
Eşqim şimşək kimi göylərdə çaxan,
Həsrət çəkdiyimə əyan gözlərin.

Dadıma yetişdi mənalı güldü,
Sanki al qönçədi, ikicə güldü,
Ölsəm, bil, onların dərdindən öldüm,
Yenə də demərəm, dayan gözlərin !!!

loading...
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 440
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
qaranliq1
O gözlər qəsdimə durubdur yenə,
Mənim saf eşqimi duyan gözlərin.
Eşqim şimşək kimi göylərdə çaxan,
Həsrət çəkdiyimə əyan gözlərin.
27 sentyabr 2016 02:19
7
♥♥♥Həyatda heç bir şeyim az olmadı sənin qədər.Və heç bir şeyi istəmədim səni istədiyim qədər.♥♥♥
Offline
MODABAZ
Sitat: lale.veliyeva19
Dadıma yetişdi mənalı güldü,
Sanki al qönçədi, ikicə güldü,
Ölsəm, bil, onların dərdindən öldüm,
Yenə də demərəm, dayan gözlərin !!!
18 sentyabr 2016 12:21
6
Heyata daim gulmek lazimdii
Offline
lale.veliyeva19
Dadıma yetişdi mənalı güldü,
Sanki al qönçədi, ikicə güldü,
Ölsəm, bil, onların dərdindən öldüm,
Yenə də demərəm, dayan gözlərin !!!
17 sentyabr 2016 20:29
5
Offline
Cindrella
Olsem bil onlarin derdinden oldum
Yenede demerem,dayan, gozlerin.
17 sentyabr 2016 19:38
4
Offline
Onun_Mələyi
3-cü bəndi daha çox bəyəndim. ...mənalı şeirdir. ..təşəkkürlər paylaşana
17 sentyabr 2016 17:28
3
Qadınlar polislər kimidir;Əllərində bütün dəlillər vardır amma yenə də etiraf etmənizi istəyərlərutandim
Offline
BARBI
Tesirli seirdir. Gozler qelbin aynasidir. Yalan bilmez onlar
17 sentyabr 2016 15:38
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
vipbetul
maraqli seirdir
17 sentyabr 2016 14:53
1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook