Sən bu yazını oxuyarkən Mən çoxdan bu şəhərdən getmiş olacağam Artıq nə həsrətlərimi duyacaqsan Nə də telefonların çalmağını gecə yarısı Və bu yazıq ürəyim olmayacaq artıq Kaprizlərinin hədəf taxtası... Səni sənə Məni bir ağıl xəstəxanasına Buraxıb gedəcəyəm bu şəhərdən
Necəsə qovuşa bilmədim sənə Necəsə dodaqlarının sahilinə çata bilmədim Nədənsə bütün çıxılmaz küçələr ünvanım oldu Və nədənsə bütün qırmızı işıqları üzərimə yandırdın Nə etdimsə Heç cür sənə yarana bilmədim Artıq ünvansız İşıqsız Və elə kimsəsizəm Dünənlərin qədər köhnəyəm Verdiyin ağrılar qədər paslıyam Bax çıxıb gedirəm həyatından Necəsə fərq etməz sənin üçün Bəlkə çox şanslı Bəlkə də ən yaşlıyam... Artıq Saatım təkliyi Və təqvimlər sənsizliyi göstərir mənə Neyləməli Yolçu yolunda gərək Bəlkə bundan sonra Bəlkə səndən sonra Adam olar bu "üsyankar ürək" Və dərsini alar bu sevdadan Bir daha Boyundan böyük dənizlərə Asılmaz kürək Sabah bu saatlarda Mən yollarda olacağam Sən kim bilər neçənci yuxunda Nağıl mavisi bir yuxuda Və əlbəttə o quldur ürəyin Yenə pusquda Sualların cavabsız qalacaq Bəlkə ilk dəfə içini gəmirəcək yoxluğum Tanımadığın bir qorxu içini qucaqlayacaq Və ilk dəfə özünlə hesablaşacaqsan Nə oldu? Nə olur? Nə olacaq? Sonra Bir gözün kor Bir qulağın kar Bir ayağın qırıq Bir qolun kəsik Düşəcəksən yollara Yəni başdan başa yarım Yəni başdan başa əskik Bütün divarlar üstünə yıxılacaq Bəlkə ilk dəfə "Unuduldum" deyərək için sızlayacaq Və sən bu yazımı oxuyarkən Ayrılığımız çoxdan başlamış olacaq Bəlkə də son təsəllin Sənə yazdığım "bu son sətirlər" olacaq Və kim bilər Unudulmuş bir gecənin tam ortasında Başındakı bir radioda Yuxusuz bir DƏLİ ürəyini çatladacak Və bir daha pıçıldayacaq qulaqlarına Sənə aidlənmiş bu sətirləri
"Bütün şəhərlər yatar Bu şəhər heç yatmaz Və bir gün Bütün sevənlər unudar səni Amma bu INSAN ƏSLA UNUTMAZ..."