Vəfasız

Müəllif: Barbaris
Şərhlər: 7
Baxılıb: 2 806
Səs ver:
(səs: 0)
Səni öz əlimlə uçurdum, gülüm,
Bəlkə də, bir daha dönməyəcəksən!
Özün uzaqlara getsən də, düşün,
Ürəyin məndədir, neyləyəcəksən?
...
Bir gün kimsə məni sorarsa səndən,
Arayıb taparsan öz ürəyindən.
İstərəm: “Ömrümə qayıt!”- deyim mən,
Amma gecikmişəm, gəlməyəcəksən...
...
Sən mənə: “Vəfasız oldun!”- desən də,
“Artıq mənim üçün öldün!”- desən də,
“Səni yaddaşımdan sildim!”- desən də,
Bilirəm, qəlbindən silməyəcəksən...
...
Uçan quş kimidir ömürdə hər an.
Mənə lazım deyil nə şöhrət, nə şan.
Buraxsan əlimi, daha heç zaman
Kimləyəm, hardayam bilməyəcəksən...
...
Sənsiz zülmətlərə düşdü gündüzüm,
Sənsiz olmaz oldu söhbətim-sözüm.
Ey mənim ömrümə doğan ulduzum!
Mənimçün heç zaman sönməyəcəksən!
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 806
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri