Səni axtarıram mən

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 609
Səs ver:
(səs: 0)
Səni axtarıram mən, yağışın damlasında,
Dənizin dalğasında, əsən külək səsində.
Səni axtarıram mən, parlayan ulduzlarda,
Çiçəklənən ağacda, qönçə güllər içində.
Səni axtarıram mən, oxunan hər nağılda,
Dağlarda, dərələrdə, baxçada, çəmənlərdə.
Səni axtarıram mən, qurduğum arzularda,
Zamanın darlığında, səhralıqda, hər yerdə.
Səni axtarıram mən, quşların nəğməsində,
Aşiqlərin bağında, sevgi olan hər yerdə.
Nə qədər axtardımsa, səni tapa bilmədim.
Hardasan sən, qayıt gəl, məni məyus etmə gəl.
Səni harda axtardımsa, orda ünvan qoyub getdim.
Dedim bəlkə, xəbər alıb, məni yada salasan sən.
Əgər birdən düşünsən ki, gecikmisən, çatmamısan.
Bircə bunu unutma ki, səni hər gün gözləyəcəm.
Yetər ki, sən qayıt gəl, məni məyus etmə gəl.

İmanova Gülyanə
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 609
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri