adsiz-a dan həyat yoldaşına...

Müəllif: adsiz-a
Şərhlər: 15
Baxılıb: 2 747
Səs ver:
(səs: 1)
Musiqi səslənir sevgi səsindən,
Yaşanan sevginin günlərin anır.
Mənasiz bir ömrün pəncərəsindən,
Bir ümid boylanır,bir işıq yanır.

Ümid pəncərədən çıxınca bir an,
Həyat başdan-basa dəyişəcəkmiş.
Işıq pəncərədə söndüyü zaman,
Həyat gözəlliyi itirəcəkmiş.

Axi bu ümiddir,necə bitərki?
Bir arzum,istəyim,eşit dilimdən.
Mən səni sevirəm,amma yetər ki
Sən də öz sevgini alma əlimdən.

Yaşaya bilmərəm,çünki nəfəssiz,
Aldigim nəfəsim sənsən,sevgilim.
Nə sən öz gülünsüz,nə gülün sənsiz,
Bir həyat yaşaya bilməz,sevgilim.

Çünki bu sevgidi,bitməz heç zaman,
Kimsə ayıramaz sevgimdən məni.
Keçir ürəyimdən,indi,həmin an,
Sənə göndərirəm qəlbim deyəni.

Mən səni nə qədər sevirəm,Zamir?
Qəlbimi sevginə təslim etmişəm.
Sən də çox sevirsən,bilirəm Zamir,
Səni həyatımın şahı etmişəm.

Iki can,bir ürək daşiyiriq biz,
Kimsə anlamaz ki bizim sevgini.
Necə sevə-sevə yaşayırıq biz,
Sevməyən bilməzki aşiq qəlbini.

Mən sənin Ayselin,sən Zamirimsen,
Mən sənin gülünəm,sən sahibimsən.
Sevgim,səadətim,xoşbəxtliyimsən,
Sən mənimsən,Zamirimsen,yalniz mənimsən!
(səs: 1)
Şərhlər: 15
Baxılıb: 2 747
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri