Düşməni sevməyi öyrədir bizə, Qonşunu sevməyi öyrədir bizə, Allahı sevməyi öyrədir bizə Mənim Xilaskarım, mənim Allahım.
Çıraqtək yanmağı öyrədir bizə, Nurda yeriməyi öyrədir bizə Yamanlıq edənə edib yaxşılıq Qələbə çalmağı öyrədir bizə Mənim Xilaskarım, mənim Allahım.
Çətinə dözməyi öyrədir bizə, Təhəmmül etməyi öyrədir bizə, Bizi lənətləyən hər bir insanı Ürəkdən sevməyi öyrədir bizə Mənim Xilaskarım, mənim Allahım.
Xeyirxah olmağı öyrədir bizə, Səbirli olmağı öyrədir bizə, Həm qəmli, həm də şən günlərimizdə Şüktranlıq etməyi öyrədir bizə Mənim Xilaskarım, mənim Allahım.