Mənə elə gəlir görüşəcəyik

Müəllif: aziz a
Şərhlər: 15
Baxılıb: 3 189
Səs ver:
(səs: 1)
Mənə elə gəlir görüşəcəyik,
Uzun sürməyəcək bu həsrət, bu qəm.
Sonra təəssüflə gülüşəcəyik
Sənə necə gəlir... Onu bilmirəm.

Mənə elə gəlir, mənim çiçəyim
Gedər küsümüz də bir dəfə görsən
Genişdi,böyükdü sənin ürəyin
Sənə necə gəlir... onu bilmirəm.

Mənə elə gəlir haraya getsən
Gözündə, könlündə yalnız tək mənəm.
Sən məni unuda bilməyəcəksən
Sənə necə gəlir... onu bilmirəm...

Mənə elə gəlir yaşamaq olmaz
Günəşsiz,havasız belədi aləm
Həmdəmsiz çətindi... söz çox, ömür az
Sənə necə gəlir... onu bilmirəm..

Nəriman Həsənzadə
(səs: 1)
Şərhlər: 15
Baxılıb: 3 189
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri