Qarşılıqsız həyat..

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 2 344
Səs ver:
(səs: 0)
Cümlələr ifadə edə bilmir dərdi, kədəri,
Dərindir yarası,yox bu dərdin qədəri.
İnsanı yandırır keçən günlərin hədəri,
Oyanıb yuxudan bir payız səhəri
Bir qız hey düşünür çəkdiyi qəhəri.

Gözü yuxulu,dualar etmiş bütün gecə,
Azacıq qorxulu,bu dərd bitər axı necə?!
Həyat qəribədir,sınayır bizi
Niyə axı hər işdə qınayır bizi?!

Ürəkdə yaralar,gözlərdə yaşlar,
Sulu kirpiklər,üstündə qaşlar,
Yanaqlar islanır,sahildəki daşlar,
Niyə aşağı salınır axı bu başlar?

Məgər bu dünyada,xoşbəxt heç yoxmu?
Məsum bir təbəssüm,bu mənə çoxmu?
Bu qədər ağrıdan qəlbinə sancılan oxmu?
Xoşbəxtliyini aparan gecə gələn xoxmu?

Gözünə icazə ver ətrafa baxsın,
Ayaqların durub ayağa qalxsın,
Qoy ürəyində ildırımlar çaxsın,
Üzün xoşbəxt maska taxsın,
Əzablı göz yaşların içinə axsın.

Başqalarının yanında hər zaman gül
Qəlbin yanaraq olsa da kül
Dilin nəğmə oxusun,sanki bül-bül
Ağlınla ürəyin arası incə bir tül.

Müəllifi özüməm
(səs: 0)
Şərhlər: 12
Baxılıb: 2 344
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri