Gəl gözləyirəm mən

Müəllif: Turkan Abbasova
Şərhlər: 10
Baxılıb: 2 604
Səs ver:
(səs: 0)
25 yaşında sevdiyi tərəfindən tərk edilmiş gənc :
Gəl,gəl yanıma ey yar, biz yaşayaq həmdəm,
GƏL etmə günü güzəranı kədər-qəm.
Deyirəm gülər üzüm gəlsən əgər hərdən,
Məni qoyma sən tək, gəl gözləyirəm mən.

Məqsədin nədir sənin,de mənə ey nazənin,
Yoxsa incidib səni bilmədən mənim sözlərim?
Əgər küsmüsənsə de bilsin ürəyim,
Üzr istəyim səndən ,gəl gözləyirəm mən.

Bəlkədə yalnışdır mənim etdiyim,
Tərk ediləndə mən, gözləyəndə mən.
Gözdən yağıs yağır,ağıl buz kəsib,
Ürəyin fəryadı: gəl gözləyirəm mən.

Gözəlim sevginin şərabını mən içmişəm artıq,
Dözə bilmir qəlbim çoxdan sərxoşam artıq.
Əgər sevmirsənsə de ölüm artıq,
Yox əgər sevirsənsə gəl gözləyirəm mən.

40 il sonra ölüm yatağındadır.
Eşqimin vədəsi ötmüşdür mənim,
Bir bax , yox olubdur qəmim, kədərim.
Əcəl bir gün yanına gələndə sənin,
Bilki ömrüm-günüm yenə gözləyirəm mən.
Hər yerdə , hər zaman səni gözləyirəm mən!

Müəllif: Türkan Abbasova
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 2 604
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri