Dönsəndə bir,dönməsəndə bir.

Müəllif: Turkan Abbasova
Şərhlər: 7
Baxılıb: 2 409
Səs ver:
(səs: 0)
Elə alışmışam mən yoxluğuna,
İndi gəlsəndə bir, gəlməsəndə bir.
Elə qorxurdumki, sevməzsən deyə,
İndi sevsəndə bir, sevməsəndə bir.

Həyatımdan mən gileyli deyiləm,
Sevgi adlı baxçanın ağ gülüyəm.
Bu baxçanın tək ayrılıq rəmziyəm,
İndi solsamda bir ,solmasamda bir.

Mən yaman gözümdə böyütdüm səni,
Sən oldun qəlbimin çarəsiz qəmi.
Elə ağlatdı ki, bu sevgi məni,
Indi gülsəmdə bir, gülməsəmdə bir.

Xatirələr düşür yadıma mənim,
Sənsizlik bir ömür oldu məskənim.
Nə mən əvvəlkiyəm , nə də ki,qəlbim,
İndi dönsəndə bir,dönməsəndə bir.

Bir bax çox dəyişib bu həyat gülüm,
Bir tək dəyişməyib çəkdiyim zülüm.
Səbr et deyirdilər, hər şeyə dözdüm,
İndi dözsəmdə bir, dözməsəmdə bir.

Ey dunya , sən məni dəyişdin necə,
Eşqin əzabını mən çəkə-çəkə.
Əzrayıl yuxuma gəldi hər gecə,
İndi ölsəmdə bir, ölməsəmdə bir.
İndi dönsəndə bir, dönməsəndə bir.

Müəllif:Türkan Abbasova
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 409
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri