Müəllimimi unutmaram

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 8 373
Səs ver:
(səs: 2)
Qızlar bu gün sizə Hüseyn Arifin Müəllimi unutmaram şerini paylacam.Mənim ikinci validenynlerim olub müəllimlərim onları çox sevirəm.Kaşki yenə məktəb günlərinə qayıda bilseydik!Sinif yoldaşlarıla deyib gülə bilseydim.Kaşki mən bütün müəllimlərin qarşısında baş əymək istərdim.Onlar Anadan sonra ikinci müqəddəsdirlər.Mən ilk müəllimim əlimdən tuutan ilk müəllimim (Q.Vurğün)müəllimə təşəəkkürmü bildirirem.Ondan sonrada Yuxarı sinif müəllimlərimə

Müəllimimi unutmaram,
Tez gəlib,tezdə keçdi.
Ömrun ilk fəsilləri,
Yenə yadıma düşdü.
Şən uşaqlıq illəri

Sevimli məktəb yolu,
Təzə cığırlar,izlər
Ürək xatirə dolu
Qaynar bulağa bənzər

Zəng səsi səhər çağı
Sari kərpiç pillələr
Sadə sinif otağı
Birdəki nələr-nələr

Canım ot tutub yanır
Eşitsin obam,elim
Xəyalımda dolanır
Əziz bir müəllimim

Sakit açılır qapı
Gəlir müəllimimiz
Hörmətlə,ehtiramla
Ayağa qalxırıq biz

Qalxırıq,əyləşirik
Durur divarda saat
İstər sus,istər danış
Dayanan deyil həyat

Torpaqdan danışanda
Torpağa mat qalırdıq
Göydən söhbət açanda
Göylərə ucalırdıq

O nəyi başa salır?
Nəyi öyrədirdi?
Doğma daşı,totpağı
Sevməyi öyrədirdi.

Böyüklərə hər zaman
Sevməyi öyrədirdi
Oxumağı,yazmağı
Hörməti öyrədirdi

Öyrədirdi nələr var.
Bu sonsuz kainatda
İnsan öyrənmək istər
Öyrəndikcə həyatda

Səni unudan kəsə
Ananın halal südü
Ömürlük haram olsun
Böyük abidələrdən
Gerek yer kürəsində
Müəllimlər qoyulsun

Allah bütün müəllim və müəllimələrin canını salamat etsin.Yəqinki saytımızda məktəbi bitirməyən qızlarımız var.Onlara demək istəyirəm ki məktəbinizin müəllimlərinizin qədrini bilin..İnşAllah bəyənərsiz
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 8 373
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri