Məcnun olduq səhralarda

Müəllif: Narın Yağış
Şərhlər: 11
Baxılıb: 2 036
Səs ver:
(səs: 1)
Məcnun olduq səhralarda,
gah da gedib çıxdıq dağa!...
Ömür keçdi bulud kimi,
Üstümüzə yağa-yağa!...

Ömür keçdi sular kimi,
Zirvələrdən axa-axa...
Biz qalmışıq dərələrdə,
Arxasınca baxa-baxa!...

Ömür keçdi,göz qırpımı,
Özü getdi,izi qaldı...
Məhəbbət ki keçib getmir,
Özü qaldı,sözü qaldı...

Məcnun olduq səhralarda,
Gah da gedib çıxdıq dağa!...
Ömür keçdi bulud kimi,
Üstümüzə yağa-yağa!...
(səs: 1)
Şərhlər: 11
Baxılıb: 2 036
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri