Məndən soruş

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 2 088
Səs ver:
(səs: 0)
Məndən soruş deyim sənə,
Görəcəksən faydasını.
Səhərəcən internetdə
Qız tutmağın qaydasını.

Məndən soruş anlamadan,
Durub dindən ötmək nədir.
Bankdan alıb krediti
Sonra Həccə getmək nədir.

Məndən soruş yol gedəndə,
Qız dalına düşmək nədir.
Verərkən şəhid xəbərin
Kanalı dəyişmək nədir.

Məndən soruş deyim sənə,
Savaşmaqdan qorxmaq nədir.
Əsgərliyə getməməkçün
Min hoqqadan çıxmaq nədir.

Məndən soruş tində durub,
Qızlara söz atmaq nədir.
Kasıbların, məzlumların
Günahına batmaq nədir.

Məndən soruş alçaqlığı,
Ya da üzə durmaq nədir.
Dostun ən pis zamanında
Kürəyindən vurmaq nədir.

Müəllif: Rüfət Sabirli
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 2 088
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri