Bu halımı sorma daha

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 1 286
Səs ver:
(səs: 1)
Ümidimə daş ver getsin
Bu halımı sorma daha
Məni qırdın boş ver getsin
Başqasını qırma daha

Sus daha cıxmasın səsin
Sal toruna sən özgəsin
Bu sevda vurdu zərbəsin
Birində sən vurma daha

Elə yandım qaldı külüm
Sevgin mənə verdi zülüm
Illər məni yordu gülüm
Bir azda sən yorma daha

Ayrılığa gərək dözüm
Yoxsa alov olar közüm
Get səni görməsin gözüm
Yolum üstə durma daha
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 1 286
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri