Sən öz rəsmini çək, mən öz dərdimi

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 3 411
Səs ver:
(səs: 1)
Mən onun nazını çəkdikcə gizli,
O mənim qəlbimə dağlar çəkirdi.
Ayağı altına güllər düzürdüm,
O isə yoluma tikan əkirdi.

Sən onu canlandır rəsmlərində,
Süzgün baxışlar çək, qara tellər çək.
Doğma baxışlarla baxsın gözümə,
Amma əllərində ögey əllər çək.

Ey, rəssam! Çəkdiyim bu ağrıları,
Çəkməyə mürəkkəb yetər mi səndə?
Mürəkkəb yetsədə, həyatın yetməz,
O fırça bu qəmi çəkər mi səndə?

Sən çəkə bilərsən, dalğalı dəniz
Amma çəkdiyimi, çəkə bilməzsən.
Sən çəkə bilərsən göz yaşlarını,
Mənim tək göz yaşı, tökə bilmərsən.

Çəkdiyim həsrəti çəkmək istəsən,
Bir ürək rəsmi çək, bir ox rəsmi çək.
Çəkdiyin ox rəsmi ürəyi deşsin,
Ürəkdən torpağa, qan axsın tək-tək.

Ey, rəssam.! Fırçanı atma əlindən,
Sən öz rəsmini çək, mən öz dərdimi.
Ümüdlə yaşayıb gözləyəcəyəm,
Bəlkə də nə vaxtsa bildi qədrimi.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 3 411
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri