Yazılmayan sözlərim çoxdur hələ

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 1 792
Səs ver:
(səs: 1)
Qəlbini təmiz tut,eyləmə hədər
Qoyma üstələsin,dərt qübar kədər
Yazmağıma fikir vermə,nə qədər
Yazılmayan sözlərim çoxdur hələ.

Məhəbbət insanın ruhunda ola,
Sevgin dildə yox,könlündə ola,
Üzü bir,astarı hamısı bir ola,
Deyərsən gözlərim bax toxdur hələ.

Həsrətdən uzaq ol,vüsalını tut,
Ovut xatirəndə fikrini ovut,
Bənzərsiz olubdur "Həzrəti Davut"
Elminə tay oxşar heç yoxdur hələ.

Nə gözəl olur səcdə edəndə,
Dostla salamlaşıb bir görüşəndə
Əyrini deyəndə düzü deyəndə,
Seymurun sözləri " of"oxdur hələ .

MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 1 792
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri