Sən

Müəllif: YalniZ-ArZu
Şərhlər: 7
Baxılıb: 2 614
Səs ver:
(səs: 0)
Sən mənim ən böyük gerçəyimsən,
Dağılan parçalarımsan,
Qırılan ümidlərimsən,
Sən mənim "mənim"sən
Evimin dörd küncüsən
Otağımın pəncərəsi
Heç gecikmədiyim görüş yerisən
Sən mənim alovuma külək kimisən
Qollarımın yorgunluğu,
Gözlərimin qırmızısı
Ölmədən öncə yazacağım son yazısan.
Sən başımın bəlasısan,
Heç qaçmaq istəmədiyim.
Sən mənim itirmədiyim saflığımsan,
Sən içimdəki uşaqlıq,
Üzümdəki nikbinliksən.
Səndən yazmaq gözəl olur,
Sənə yazmaqdan da belə.
Sən mənim heç kimin verməyəcəyi azadlıqsan.
Və sonunu bitirə bilmədiyim bir yazısan..
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 614
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri