☂ Yağış yağır, sevgilim...☂

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 4 274
Səs ver:
(səs: 1)
Yağış yağır, sevgilim...

Tökülən hər damlasında sənin səsin
Bəzən şıltaqlıq həvəsin... Yağır yenə üz-gözümə
İslanıram istəyinin dənizində,
Arada bir guruldayan göy üzündə sənin adın möhürlənir...

Yağış yağır, sevgilim...

Səsin gəlmir qulağıma, darıxıram
Pəncərədən boş yollara hey baxıram...
Qorxuram ki, ürəyini sındırmışam
Bəlkə biganə qalmışam..?

Axı necə inandırım, hər kəlməmdə onun adı
Həm suyumda, çörəyimdə onun dadı..!
Unutmağı unutmuşam onun üçün
Bəs görəsən susur telefonum neyçün..?

Yağış yağır, sevgilim...

Uşaq kimi kövrəlmişəm
Qollarında uyuyardım mən bu gecə
Ətrinlə sərxoş olardım, bilsən necə...
Bəlkə də son yağışımdır, bəlkə bu bahar qışımdır..?!
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 4 274
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri