Günahkarsan

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 2 148
Səs ver:
(səs: 1)
Səndən ayrı uzaqlarda talanmışam
Bilirsənmi viranəyəm günahkarsan
Sənsiz olan doğrularda yalanmışam
Kölgələrə pərvanəyəm günahkarsan

Ömür keçir sən döyünən bir ürəksən
Əcəlimə rəhm eyləyən bir mələksən
Özüm kimi nəfəs kimi sən gərəksən
Göz yaşıyam dürr danəyəm gunahkarsan

Alovlarda yandı ümüd qanadları
Duyulmadı ucalanda harayları
Viran qaldı sevgi qəsri sarayları
Arzulara biganəyəm günahkarsan

Arzu küsər dilək ağlar bu taleyi
Daşa dönsün ahu zarı qəm gileyi
Talan oldu şərab dolu qan ürəyi
Parçalanmış piyaləyəm günahkarsan

Gizli qəmim boylanma gəl sən gözümdən
İnciyərək niyə getdin hər sözümdən
Özün aldın varlığımı həm özümdən
İndi mƏzlum divanəyəm günahkarsan
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 148
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri