Çinar

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 429
Paylaş:
Səs ver:
(səs: 2)
Gecə keçmiş, ulduzlar ağ, göy qara!
Söykənmişəm qocaman bir çinara.
Bir yanımda ömür kimi axır su,
Qaçmış bu gün təbiətin yuxusu.
Budaqlarda sərin yelin xoş səsi.
Yarpaqların həzin-həzin nəğməsi.
Ürəyim bir qanadlanmış quş kimi
Hey çırpınır, təsəllisiz, əsəbi.
Hündür çinar budaq atmış, qol atmış,
Öz ömründə çox əsrlər qocaltmış.
Görkəmində qarlı dağlar vüqarı.
Başı bütün ağaclardan yuxarı.
Tufan qopar, yağış yağar, qar tökər;
od qamçılı ildırımlar göy sökər.
Bəzən çayda daşlar daşı qovalar.
Seldə gedər göy çəmənlər ovalar.
Yarğan yarar sinəsini dağların.
Sular oyar binəsini dağların.
Karvan çəkər göydə qara buludlar.
Çovğun gələr, şaxta kəsər, buz donar.
Xan çinarım əyməz məğrur başını.
Kimsə bilməz xan çinarın yaşını.
Gecə qara, durdum düşündüm bir az,
Dedim nədən ulu çinar yıxılmaz?
Birdən çinar dilə gəldi dedi: - bax!
Bu torpaqda dərindən kök salaraq,
hər tərəfə uzatmışam qolumu,
övladlarım bürüyüb sağ-solumu.
Belə məğrur dayanmağa haqlıyam.
Mən kökümlə bu torpağa bağlıyam.

Müəllif:Rəsul Rza

loading...
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 429
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
YalniZ-ArZu
CINAR AGACI MOHTESEM AGACDIR,BIZIM RAYONDA BOLDUR CINAR AGACI,ELE ONLAR DA RESUL RZAYA ILHAM VERIB BU WEIRI YAZIB
25 dekabr 2017 21:51
3
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08
Offline
BARBI
Usaq vaxti cox sevdiyim seir idi.Sozleri olduqca menalidir.Her bir agac kokleri ile torpaga baglidir
24 dekabr 2017 09:28
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
AYCA
Menali seirdi ecan
24 dekabr 2017 08:37
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri