Yalançı dostlara (özəl)

Müəllif: Efsuw2016
Şərhlər: 7
Baxılıb: 1 952
Səs ver:
(səs: 0)
Xoş günümdə ətrafımda dolanan,
Dar günüm də bircə anda yox olan,
Üzündə pak,məsləki çirkin yalan,
İnanmaram mən yalançı dostlara

Sağlığıma hər an badə içənlər,
Indi məndən 100 yol kənar keçənlər,
Aldanmasın qoy özüne dost seçənlər,
İnanmaram mən yalançı dostlara

Çörək kəsib qədrini bilməz onlar,
Səni xoşbəxt görüb sevinməz onlar,
Qarşında uçurum olsa dinməz onlar,
İnanmaram mən yalançı dostlara

Belələri qədrini bilməz mənliyin,
Satar vara,dövlətə öz kimliyin,
Tapdalar namusun atar kişiliyin,
İnanmaram mən yalançı dostlara

Yaxşı dosta can qurbandır hər bir an,
Nə xoşbəxtdir özünə əsl dost tapan,
Təkrar eyləməsin dilim heç zaman,
İnanmaram mən yalançı dostlara

Dost seçəndə yanılmaram bir daha,
Axı niyə sonradan düşüm qəm-aha,
And içirəm bizi yaradan ALLAH-a,
İnanmaram mən yalançı dostlara
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 1 952
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri