Mən elə vəfasız deyiləm Axı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 449
Səs ver:
(səs: 2)
Mən elə daşürək deyiləm axı,
Səni ürəyimdən çıxara bilim,
Ya da ki, adamlar gur olan yerdə,
Sevirəm söyləyib bağıra bilim.

Mən güclü deyiləm bağışla məni,
Həsrətdən bükülüb yumaq oluram,
Mən qadın deyiləm, payızam bir az,
Arada ağlağan uşaq oluram.

Açıram bükürəm fikirlərimi,
Axıra yetişib sona çatmıram,
Bu leyla gecələr hər gün uzanır,
Ustündən adlayıb sənə çatmıram

Hər gecə dönürəm dar ağacına,
Gah səni, gah məni asıb özümdən,
Sənsiz bu dünyanın bütün zövqləri,
Bütün ləzzətləri düşür gözümdən.

Eşqimi, dərdimi necə söyləyim,
Kimə bəzəyim ki, xoşuna gəlim,
Mən elə vəfasiz deyiləm axı,
Sənsiz bu dünyada yaşaya bilim.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 3 449
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri