Qar yağır

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 2 270
Səs ver:
(səs: 0)
Hər tərəf bəmbəyaz, göylər pərişan,
Çəmənə qar yağır, çölə qar yağır.
Narahat ürəyin döyüntüsünə,
Sinədə qıvrılan telə qar yağır.

Bu son payız günü bar gətirmədi.
Ağaclar gül açdı, nar gətirmədi.
Qar gəldi, özüylə yar gətirmədi,
Döndü göz yaşlarım selə, qar yağır.

Soyuqdan üşüyür zərif bir çiçək,
Ayrılır kökündən sonuncu ləçək.
Gülüm, inad etmə, inaddan əl çək,
Sonasız darıxan gölə qar yağır.

Gəl ömrün yazına qayıdaq, dönək.
Gəl dönüb ürəyə birgə döyünək.
İlahi, bu nədir? Zərif kəpənək
Uşüyüb, sığınıb gülə, qar yağır.

Kimsə bu möhnətə dözüb deyəsən.
Dözüb, düyünləri çözüb deyəsən.
Sənin susmağından bezib deyəsən
Gələcək qayalar dilə, qar yağır.

Bu arzu, bu istək, bu xülya bəlli.
Hər şeyi bilirik biz guya, bəlli.
Qar yağır... ağarır bu dünya bəlli,
Görən o dünyada belə qar yağır?
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 270
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri