Gözəl qız

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 2 826
Səs ver:
(səs: 6)
Gecə gündüz qovr eyləyir sinəmdəki yaralar,
Hər gülüşün hər baxışın ürəyimi yaralar.
Əcəl gəlsə can vermərəm,yar canını yar alar
Soyuq baxma,könül yaxma,ötmə gendən gözəl qız.

Oda saldı gənc ömrümü siyah qara gözlərin.
Səbəb oldu fəryadlara,ahu zara gözlərin
Ovçu kimi qəsdə durmuş bir şikara gözlərin
Söylə yoxdur bircə insaf səndə nədən gözəl qız?
Soyuq baxma,könül yaxma,ötmə yandan gözəl qız.

Ürəyimi özün oxu,var səndə qəlb var ağıl
Könlümdəki məhəbbəti neçə edim mən nağıl?
Nəbi söyləyər : müşkül qalan dərdlərimə çarə qıl
Əsirgəmə gülüşünü bir an məndən gözəl qız
Soyuq baxma,könül yaxma,ötmə gendən gözəl qız.

MÜƏLLIF - NƏBI XƏZRI
(səs: 6)
Şərhlər: 4
Baxılıb: 2 826
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri