Qismətim

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 2 735
Səs ver:
(səs: 0)
Yaşar sözlərimdə dərin intizar
Həqiqət gözündə hədər qismətim
Hər anı həsrətin hər gün ahu zar
Yazıldı düşməndən betər qismətim

Zamanı günahkar görə görə mən
Küllərdə parladım sönə sönə mən
Ayrılıq yaşadım dönə dönə mən
Gözümdə gileyli kədər qismətim

Hər yola bir cığır eylədi könül
Hər gündə alışır yenidən sönür
Hər qəmli boylanan gözümdə görür
Dinməyən gizlicə qəhər qismətim

Yaşadım ruhumda qırıq qanadlar
Məhv etdi taleyi səbəb inadlar
Hər arzu qəmimdir hər gün möhnətim
Bir şirin duyğuya zəhər qismətim

Nə gizli qəm bilən əhlidən halım
Vardır hər qüssədən qəmdən əzabım
Bilmirəm yetərmi heç buna tabım
Hələ yaşayacaq nələr qismətim
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 735
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri