Bu bizikmi?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 2 395
Səs ver:
(səs: 0)
Taleyindən qaça — qaça ögeyləşən ,Bu bizikmi ?
Ömrün çətin anlarında hey vuruşan, hey əlləşən,
bu bizikmi ?
Sen oyanda, mən buyanda, qaça- qaça, qova- qova ,
Su ciləyib bir alova tüstülənib, sönə-sönə ,

bu Bİzikmi ?
Gedə — gedə, dönə — dönə,
bu bizikmi ?
Dost olub, düşmənədönən,
bu bizikmi ?
Alovalanib birdən sönən .
Sən hardasan ,mən hardayam ?
Başımıza nələr gəldi ?
Nifrət iti xəncər kimi sevginin bağrını dəldi ,
bu bizikmi ?
Özun söylə ,mən taleyə neyləmişdim ?
Düşüb ömrün sinağına sən dəyişdin, men dəyişdim
Mən taleye neyləmişdim ?
Aralandı birgə yollar ,
Pozub eşqin vefasını, özgəsini quçdu qollar ,
bu bizikmi ?
Ömrün şirin anlarını birgə sovurmuşuq yelə ,
bu bizikmi ?

De nə oldu bizə belə ?
Ayrılanlar qovuşdular, küsülülər barışdılar
Biz ise sığa bilmədik bir arzuya, bir diləyə
bu bizikmi ?
Qəlbim məni çətin duya ,
yaşayırıq necə gəldi .

Fərqi yoxdur,ölüm cıxışyolu bizə.
Gündüz gəldi, gece geldi, fərqi yoxdur ,
bu bizikmi ?
Azıb qaldıq bu taleyin dumanında, çiskinində .
İtirmişik sevgimizi, qəm oxunur gözümüzdən ,
bu bizikmi ?
Xəbərdarıq biz her şeydən, xəbərsizik özümüzdən .
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 395
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri