Sevgilim gəlin oldu

Müəllif: Meleknur
Şərhlər: 10
Baxılıb: 1 970
Səs ver:
(səs: 0)
Dedilər olubdur toyun, sevgilim,
Niyə çağirmadin? Mən də gələrdim.
Ya indi, ya sonra ölsəm, nə fərqi?!
Sən gəlin olardin, mənsə ölərdim.

Əhdini pozmusan dəyişib bütün,
Bir gəlin olmusan başqasi üçün.
Dedilər, doyunca gülmüsən o gün,
Son nəfəs verərkən mən də gülərdim.
-Niyə çagirmadin? Bəlkə gələrdim.

Təbəssüm etmisən, çatilib qaşin,
Belkə də deyərdim "fikrindən daşin".
Evindən çixanda axib göz yaşin,
Gözünün yashini kaş mən silərdim.
-Niyə çagirmadin? Mütləq gələrdim.

Qalmayib yarali qəlbimdə təpər,
Məzarim qoy olsun arada çəpər.
Ölümdən beterdi bu qara xəbər,
Çün səni özümə həyat bilərdim.
-Niyə çagirmadin? Vallah gələrdim.
-Sən gəlin olardin, mənsə ölərdim.
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 1 970
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri