Xavərə

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 1 898
Səs ver:
(səs: 0)
Ağzı xeyir sözlüm,incimə məndən
Yar yardan ayrılmaz,bülbül çəməndən
Demə ki,düşmüşdür saçlarıma dən
Ürək qocalmayır,ürəyim sənsən

Mən qul olmamışam şöhrətə,ada
Sənsiz yaşamayım bir gün dünyada
Gözəllər,cananlar min-min olsa da
Mənim bu dünyada mələyim sənsən

Könül heç doyarmi sən tək gözəldən?
Sən oldun qismətim,hökmü-əzəldən
Sağ olsun bu xeyir işi düzəldən
Müqəddəs əməyim,diləyim sənsən.

Yusifin,Vaqifin görüm var olsun!
Aybəniz hamıdan bəxtiyar olsun!
Yüz il də Vurğuna,Xavər yar olsun!
Ən əziz sirdaşım,köməyim sənsən.

P.S-Dəftərimdən növbəti paylaşim olan bu şeir dahi şairimiz Səməd Vurğunun həyat yoldaşı Xavər xanıma yazdığı şeirdir.Sözlərindən də bəllidir,gözəl ürəkli şairimiz ömür gün yoldaşıni necə dərin məhəbbətlə sevirmiş.Hər bir qadının sevdiyindən eşitmək istədiyi sözlərdir.Allah ikisinin də ruhlarını şad eləsin.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 1 898
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri