Qayıtma

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 2 685
Səs ver:
(səs: 0)
Sən getdin,yığışıb köçəndə bahar,
Gecələr uzanıb həsrətin kimi.
Görəsən səkidə ölən yarpaqlar,
Sənə söylədiyim sözlərimdimi?

Sən getdin,Payız da bir az dəyişib,
Elə bil hər ilki payızdan deyil.
Bağların saçına sarı dən düşüb,
Ağaclar qocalıb bir az elə bil.

Sən getdin,mənə nə?Heç darıxmıram,
Sənsiz göy tutulur,qaralır qanım.
Darixib səninçün yola çıxmıram,
Göyün gözü dolur,qaralır qanım.

Getdin,yağış axsan,başqa səmtə yağ
Günəşə baxmaram bilsəm senindir.
Sənsiz mən payıza dözməzdim,ancaq,
Qayıtma,ona da öyrəşdim indi.


MÜƏLLIF - FIKRƏT QOCA
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 685
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri